Aşağıda təmizlik xidmətlərimizlə bağlı ən çox verilən suallarla tanış ola bilərsiz. Ümid edirik ki, sizin üçün faydalı olacaqlar.

Nə qədər vaxtdır fəaliyyət göstərirsiniz?

Biz 2023-cü ildən bəri fəaliyyət göstəririk. Lakin qısa müddət ərzində yüzlərlə müştəri məmnuniyyəti qazanmışıq. Çünki biz bu xidmətə detallı araşdırma ilə başlamışıq və hər bir nüansa diqqət edirik.

Təmizlik prosesi nə qədər davam edir?

Bu, təmizlənəcək yerin sahəsindən, vəziyyətindən və təmizlik növündən asılıdır. Dərin təmizlik prosedurumuz adətən səhər 09:00 - 10:00-da başlayır, axşam 18:00 - 19:00 radələrində başa çatır.

Təmizlik xidmətinə nələr daxildir?

Təmizlik xidmətinə sizin təmizlənəcək məkanınıza aid ağlınıza gələn hər bir şey - bütün otaqların döşəmə, tavan, divarlar, pəncərələr, mebellər, yumşaq mebellərinin, pərdələrin, jalüzlərin təmizlənməsi, əşyaların tozunun alınması, mətbəx və ayaqyolunun xüsusi aparat və vasitələrlə yuyulması, eyvanların təmizlənməsi və s. daxildir.

Qiymət necə təyin olunur?

Təmizlik xidmətində qiymət siyasətində standart yanaşma tətbiq etmək mümkün deyil. Qiymət təmizlənəcək məkanın sahəsi, yerləşdiyi yer, vəziyyəti, təmizlik növü, alınacaq əlavə xidmətlər kimi çoxsaylı faktordan asılıdır. Ona görə də biz hər müştəri üçün yuxarıdakıları nəzərə alaraq xüsusi qiymət təyin edirik.

Neçə gün əvvəldən və necə sifariş verməliyəm?

Bizim şirkətimizin bir neçə təmizlik komandası var. Siz ən azı 2 gün öncədən xidmət sifariş etsəniz, istədiyiniz gün üçün komandalarımızdan birini sizə göndərə bilmək ehtimalımız daha çox olar. Müraciətlərin çox olduğu yaz və yay aylarında isə hətta 3 gün əvvəldən müraciət etməniz arzuolunandır.

Sifariş üçün sosial şəbəkələrimizdəki hesablarımıza yaza, sayt üzərindən sifariş yerləşdirə, +994504970777 nömrəsinə zəng edə və ya Whatsapp vasitəsilə yaza bilərsiz.

Sifariş verdikdən sonra onu ləğv edə bilərəm?

Əlbəttə, bu sizin haqqınızdır. Sifarişi ləğv edə və ya başqa günə keçirə bilərsiniz.

Lakin biz sifarişləri yeni müştərilər üçün beh əsasında qəbul edirik. Siz komandamızın sizdə olacağı təyin olunan saata 24 saat qalmışa qədər sifarişi ləğv etsəniz, beh şəklində qəbul edilmiş ödəniş sizə qaytarılır. Lakin 24 saatdan az qaldıqda ləğv edəcəyiniz təqdirdə, qaytarılmır. Çünki həmin gün üçün artıq sizin yerinizə başqa müştəri qəbul etməmiz çətin olur 🙂

Lakin müştərinin özündən də asılı olmayan xüsusi hallarda hətta 1 saat qalmış ləğv edilsə belə, ödəniş mütləq şəkildə geri qaytarılır.

Təmizlik üçün gələrkən nələri gətirirsiz? Ev sahibi sizi nələrlə təmin etməlidir?

Biz təmizlik prosesi üçün lazım olan bütün aparatları, təmizlik vasitələrini, parçaları, nərdivanları və s. gətiririk. Ən xırda bir şey üçün belə ev sahibinə müraciət edilmir. Evdə işığın və suyun olması vacibdir, ev sahibinin gülər üzü və səbri isə bizim üçün əlavə motivasiyadır 🙂

Hansı ərazilərdə fəaliyyət göstərirsiniz?

Bizim ofisimiz Bakıda yerləşir və müştərilərimizin 99%-i Abşeron yarımadasındandır. Lakin rayonlardan da sifariş qəbul edə bilirik.

Təmizlik zamanı ev sahibi mütləq evdə olmalıdır?

Bu, ev sahibinin istəyindən asılıdır. Təmirdən çıxmış evlərdə toz və kir çox olduğundan və təmizlik prossesi çətin və uzun olduğundan, açarı əməkdaşlarımıza təhvil verərək getməniz sizin üçün daha asan olar. Lakin yaşayış olan evlərdə ev sahibinin evdə olması bizim üçün də arzuolunandır 🙂

Ödənişi nə zaman və necə etməliyik?

Ödənişi xidmət bitdikdən sonra etməniz arzuolunandır 🙂 Biz sizin üçün bütün ödəniş üsullarını əlçatan etmişik. Siz  ödənişinizi nəğd şəkildə, kartdan karta köçürməklə, biznes hesabına köçürməklə və s. edə bilərsiniz.

Xidmətinizdən razı qalmasam necə olacaq?

Sizin məmnuniyyətiniz bizim üçün çox önəmlidir. Bunun üçün də təmizlik prosesi bitdikdə əməkdaşlarımız sizi məkanın hər bir yerində görülmüş işlərlə tanış edir və razı qaldığınız təqdirdə, blankı imzalayırsız. Razı qalmadığınız nüans olarsa, komandamız onu yerindəcə aradan qaldırır.

Bununla belə, komandamız məkanınızı tərk etdikdən sonra 24 saat ərzində hər-hansı bir şikayətiniz varsa, bildirmək haqqınız var. Biz əməkdaşlarımızı yenidən göndərərək narazı olduğunuz halı aradan qaldıra və ya ödənişinizin bir hissəsini qaytararaq kompensasiya edə bilərik. Əlbəttə, iradınız haqlıdırsa 😉

"Yaşıl ev təmizliyi" nədir?

Biz əsasən ekoloji məhsullara üstünlük verməyə çalışırıq. Lakin müştərinin istəyinə uyğun, bütün proseduru ekoloji təmiz məhsullarla icra edə bilərik.

Xidmət üçün uzunmüddətli müqavilə lazımdır?

Xeyr, bu mütləq deyil. Siz xidmətlərimizdən yaşam tərzinizə və planlarınıza uyğun olaraq mütəmadi, vaxtaşırı və ya bir dəfə istifadə edə bilərsiz. Biz sizi uzun sənəd işləri ilə yormaq istəmirik.