Həyət evi, bina evi, villa - fərq etməz, doğma məkanınızın təmizliyini bizə etibar edin
Evinizin vaxtaşırı dərin təmizliyini niyə bizə həvalə etməlisiz?
Bilirdinizmi:
- Evlərinizdəki toz hissəciklərinin 90%-ni ölü dəri hüceyrələri təşkil edir. Professional avadanlıqlarımız evinizdə 1 toz zərrəsi də qoymayacaq.
- Cütlüklərin ən azı 50%-i təmizlik məsələlərində vaxtaşırı mübahisə edirlər. Siz onlardan olmayıb və bu işi bizə həvalə edin.
- Çox adam düşünür ki, evin ən çox mikrob olan hissəsi ayaqyoludur. Lakin bu səhvdir, mikrobların ən çox olduğu yer mətbəxdir.
- Təmizlik zamanı ekoloji vasitələr əvəzinə kimyəvi vasitələrdən istifadə etdikdə, evin içindəki hava çöldəkindən 4 dəfə kirli olur. Biz ekoloji vasitələrə üstünlük veririk.
- Qadınlar ömürlərinin 12,896 saatını təmizlik işlərinə sərf edirlər. Sizcə də çox deyil? Kişilərdə isə bu göstərici iki dəfə aşağıdır.
Evinizin dərin təmizliyinin həyatınıza müsbət təsirləri
- Vaxta qənaət: Dərin təmizlik uzun prosesdir. Siz buna sərf edəcəyiniz vaxtı özünüzə və yaxınlarınıza ayıra bilərsiniz.
- Getməyən ləkələrdən azad olmaq: Xüsusilə mətbəxdə olan yağlar və sanitar qovşaqdakı ərplər aradan qaldırılması çətin olan ləkələrdir. Lakin professional xidmət alaraq onlardan bir gündə qurtulmaq mümkündür.
- Daha az stress: Dağınır və təmiz olmayan ev insanın bütün əhval-ruhiyyəsinə mənfi təsir edir. Lakin professional toxunuşlarla biz əhvalınızı çox yüksəklərə qaldıra bilərik.
- Gigiyena: Buxarlı təmizləyici, professional tozsoran, yumşaq mebel yuma aparatları kimi qabaqcıl avadanlıqlar evinizin hər bir nöqtəsinin viruslardan və mikroblardan azad olmasını təmin edir.