Restoran təmizliyi
Restoran təmizliyi restoranın gigiyenası, görünüşü və müştəri məmnuniyyəti üçün vacib xidmətdir. Zal, mətbəx, sanitar qovşaqlar, döşəmələr və masaüstü səthlər tez çirklənir və mütəmadi təmizlik tələb edir.
Ultraclean restoran təmizliyi xidməti ilə restoranınızın daha səliqəli, təmiz və müştərilər üçün daha rahat görünməsinə kömək edir. Təmizlik işin həcminə uyğun planlaşdırılır və əsas sahələr mərhələli şəkildə təmizlənir.
Təmiz restoran müştəridə daha yaxşı ilk təəssürat yaradır. Səliqəli zal, təmiz masa və gigiyenik sanitar qovşaq restoranın ümumi imicinə birbaşa təsir edir.
Restoran təmizliyi adi ev təmizliyindən fərqlidir. Burada həm gigiyena, həm də müştəri qarşısında peşəkar görünüş önəmlidir. Xüsusilə mətbəx və ümumi istifadə sahələri daha diqqətli təmizlənməlidir.
Restoran təmizliyi nə zaman lazımdır?
• Restoran zalı gündəlik istifadə nəticəsində çirklənirsə
• Mətbəxdə yağ, kir və yapışqanlıq yaranırsa
• Döşəmələrdə ləkə və çirk toplanırsa
• Açılışdan əvvəl və ya böyük tədbirlərdən sonra dərin təmizlik lazımdırsa
Restoran təmizliyinə nələr daxildir?
Restoran təmizliyi zal, mətbəx, sanitar qovşaqlar və ümumi istifadə sahələrini əhatə edir. İşin həcminə və məkanın vəziyyətinə görə təmizlik mərhələli şəkildə aparılır.
- Zalın ümumi təmizlənməsi
- Döşəmələrin yuyulması
- Masa və görünən səthlərin silinməsi
- Mətbəx səthlərinin təmizlənməsi
- Yağ və kir izlərinin aradan qaldırılması
- Pəncərələrin təmizlənməsi
- Bacaların təmizlənməsi
- Fasadın yuyulması
- Sanitar qovşaqların təmizlənməsi
- Güzgü və şüşə səthlərin silinməsi
- Ümumi istifadə sahələrinin səliqəyə salınması
- Qapı, tutacaq və tez toxunulan səthlərin silinməsi
Restoranınızın təmizliyi üçün bizə güvənə bilərsiz
Restoranınızın təmizliyi ilə rəqiblərinizdən hər zaman fərqlənin. Ultraclean komandası daha səliqəli, təmiz və rahat xidmət göstərməyiniz üçün hər zaman yanınızdadır.