Təmirsonrası təmizlik

Təmirsonrası təmizlik

Təmirsonrası təmizlik təmirdən sonra yaranan toz, tikinti qalıqları, boya və yapışqan izlərinin peşəkar şəkildə təmizlənməsi üçün vacib xidmətdir.

Bilirdinizmi:

• Tikinti tozu və tullantılar sağlamlıq üçün təhlükəlidir. Təmirsonrası havada qalan tozlar tənəffüs yollarına zərər verə, xüsusilə astması və allergiyası olanlar üçün sağlamlıq riskləri yarada bilər.
• Yapışqan, boya və sement qalıqları vaxtında təmizlənmədikdə daimi ləkələrə və zədələrə səbəb ola bilər. Üstəlik, onları özünüz təmizləmək istəsəniz, yenə də səthləri zədələyə bilərsiz.
• Gizli tozlar mebel və pərdələrə yapışaraq sonradan əlavə çirklənməyə səbəb olur. Bu tozlar zamanla havaya qarışaraq yenidən səthlərə çökür və daimi çirklənməyə gətirib çıxarır. Onların hamısının aradan qalxması üçün peşəkar kömək almanız vacibdir.
• Elektrik və santexnika avadanlıqları təmizlənmədikdə təhlükəli ola bilər. Toz və zibillər cərəyan yuvalarında, su borularında və s. problemlərə səbəb olur.

Təmirsonrası təmizlik nə zaman lazımdır?

  • Təmir başa çatdıqdan dərhal sonra, mebellər hələ yerləşdirilməmişdə təmirsonrası təmizliyin edilməsi vacibdir. Çünki mebellər daha əvvəl yerləşdirilərsə, onların arxalarındakı hissələr təmizlənməmiş qala bilir.
  • Bu təmizliyi mənzilinizə gec köçəcəyiniz təqdirdə də ləngitməməyiniz daha yaxşıdır. Çünki təmirdən qalan ləkələr döşəməyə, divara hopduqda, zamanla onların, pəncərələrdəki yapışqanların çıxarılması daha da çətinləşir.

Təmirsonrası təmizliyi bizə həvalə etmənizin sizə qazandıracaqları

  • Vaxt: Bu təmizlik növü xüsusi çətin və vaxt alan prosesdir. Yeni evi təmir etmək və ona köçmək onsuz da uzun və yorucudur. Bu dövrün ən çətin hissəsi olan təmizliyi bizə həvalə edərək özünüz digər işlərə vaxt ayıra bilərsiz.
  • Çətin kirlərin yox edilməsi: Təmirsonrası çətin çıxan ləkə, toz və qalıqlar üçün adi ev təmizliyi kifayət etmir. Biz güclü, eyni zamanda təhlükəsiz vasitələrdən istifadə edirik.
  • Sağlam mühit: Evdə sağlam və təhlükəsiz yaşayış mühiti yaranır. Toz və kimyəvi qalıqlardan azad mühit nəfəs almağı asanlaşdırır və sağlamlığınızı qoruyur.
  • Daha uzunömürlü əşyalar: Toz və tikinti qalıqlarının tamamilə təmizlənməsi mebellərin və məişət texnikasının zədələnməsinin qarşısını alır

WhatsApp ilə sifariş et
Qiyməti kalkulyatorda hesabla