Ev təmizliyi

Ev təmizliyi

Peşəkar dərin ev təmizliyi xidməti mətbəxdə yığılan yağ ləkələri, sanitar qovşaqdakı ərp, döşəmələrdə toz, mebellərin üzərində görünməyən kir və ümumi səliqəsizlik sizi narahat etdikdə lazım olan xidmətdir.

Gündəlik yüngül ev təmizliyi bəzən kifayət etmir. Biz evinizi daha təmiz, səliqəli və yaşamaq üçün daha rahat hala gətiririk.

Ev təmizliyi nə zaman lazımdır?

Ev təmizliyi xidməti xüsusilə bu hallarda faydalıdır:

• Evin uzun müddətdir dərin təmizlənməməsi
• Bayram, qonaqlıq və ya xüsusi günlərdən əvvəl
• Yeni evə köçməzdən əvvəl
• Kirayə evi təhvil verməzdən və ya təhvil almazdan əvvəl
• Mətbəx, hamam və sanitar qovşaqlarda çətin ləkələr yarandıqda
• Vaxt çatışmazlığı səbəbindən təmizliyə vaxt ayıra bilmədikdə

Ev təmizliyinə nələr daxildir?

Ultraclean ev təmizliyi zamanı evin əsas sahələrini mərhələli və diqqətli şəkildə təmizləyir.

Otaqlar və ümumi sahələr

  • Döşəmələrin, divarların və tavanın təmizlənməsi
  • Tozların alınması
  • Qapı, pəncərə şüşələri, pəncərə altlığınınn təmizlənməsi
  • Güzgü və görünən şüşə səthlərin təmizlənməsi
  • Mebellərin üzərinin silinməsi
  • Ümumi səliqə yaratmaq

Mətbəx

  • Döşəmələrin, divarların və tavanın təmizlənməsi
  • Yağ ləkələrinin aradan qaldırılması
  • Çanaq və kran ətrafının təmizlənməsi
  • Dolabların, soyuducunun xarici səthlərinin silinməsi

Hamam və sanitar qovşaqlar

  • Döşəmənin, divarların və tavanın yuyulması
  • Kafel, kafel arası və sanitar avadanlıqların təmizlənməsi
  • Kran, duş və lavabo ətrafının təmizlənməsi
  • Ərp və sabun qalıqlarının təmizlənməsi
  • Güzgülərin silinməsi
  • Döşəmənin yuyulması
  • Jakkuzi, duş kabinlərinin yuyulması

Əlavə xidmətlər

Bəzi xidmətlər ev təmizliyinə ayrıca əlavə oluna bilər:

  • Divan, kreslo, yumşaq stul və matras yuyulması
  • Cambalkon təmizliyi
  • Dolu şkafların iç təmizliyi
  • Mətbəx şkaflarının və avadanlıqlarının iç təmizliyi

Qiymət evin sahəsinə, təmizlik növünə və əlavə xidmətlərə görə dəyişir.

Evinizin təmizliyini bizə etibar edin

Evinizin təmizliyi üçün vaxt itirməyin. Ultraclean komandası evinizi daha səliqəli, təmiz və rahat hala gətirmək üçün xidmətinizdədir.

WhatsApp ilə sifariş et
Qiyməti kalkulyatorda hesabla