Bağ evi təmizliyi

Bağ evi təmizliyi

Bağ evi təmizliyi xidməti daha geniş sahəyə malik olduğu, xüsusi diqqət və vaxt tələb etdiyi üçün mütləq lazım olan bir xidmətdir.

Ultraclean olaraq bağ evlərinin həm daxili məkanını, həm də istifadə olunan açıq sahələrini səliqəli və peşəkar şəkildə təmizləyirik.

Bağ evləri xüsusilə yay mövsümündən əvvəl, uzun müddət istifadə olunmadıqdan sonra və ya qonaqlıqdan sonra daha dərin təmizliyə ehtiyac duyur. Toz, hörümçək torları, pəncərə ləkələri, döşəmə çirkləri və sanitar qovşaqlardakı ərplər evin ümumi rahatlığını azaldır.

Bağ evi təmizliyi nə zaman lazımdır?

Bağ evi təmizliyi xidməti xüsusilə bu hallarda faydalıdır:

• Yay mövsümündən əvvəl
• Uzun müddət istifadə olunmamış bağ evlərində
• Qonaqlıq və tədbirdən sonra
• Villa və həyət evinin ümumi səliqəyə salınması zamanı
• Təmirdən və ya kiçik yenilənmələrdən sonra
• Dərin təmizliyə ehtiyac yarandıqda

Bağ evi təmizliyinə nələr daxildir?

Ultraclean bağ evi təmizliyi zamanı evin əsas yaşayış sahələrini, mətbəxi, sanitar qovşaqları, pəncərələri, döşəmələri və mebellərin üzərindəki tozları diqqətlə təmizləyir.

Otaqlar və ümumi sahələr

  • Döşəmələrin, divarların və tavanın təmizlənməsi
  • Tozların alınması
  • Qapı, pəncərə şüşələri, pəncərə altlığınınn təmizlənməsi
  • Güzgü və görünən şüşə səthlərin təmizlənməsi
  • Mebellərin üzərinin silinməsi
  • Ümumi səliqə yaratmaq

Mətbəx və yay mətbəxi

  • Döşəmələrin, divarların və tavanın təmizlənməsi
  • Yağ ləkələrinin aradan qaldırılması
  • Çanaq və kran ətrafının təmizlənməsi
  • Dolabların, soyuducunun xarici səthlərinin silinməsi

Hamam və sanitar qovşaqlar

  • Döşəmənin, divarların və tavanın yuyulması
  • Kafel, kafel arası və sanitar avadanlıqların təmizlənməsi
  • Kran, duş və lavabo ətrafının təmizlənməsi
  • Ərp və sabun qalıqlarının təmizlənməsi
  • Güzgülərin silinməsi
  • Döşəmənin yuyulması
  • Jakkuzi, duş kabinlərinin yuyulması

Əlavə xidmətlər

Bəzi xidmətlər ev təmizliyinə ayrıca əlavə oluna bilər:

  • Divan, kreslo, yumşaq stul və matras yuyulması
  • Cambalkon təmizliyi
  • Dolu şkafların iç təmizliyi
  • Mətbəx şkaflarının və avadanlıqlarının iç təmizliyi
  • Xüsusi hündür pəncərələrin təmizliyi
  • Həyətyanı sahənin səthinin xüsusi avadanlıqla yuyulması
  • Hovuz təmizliyi
  • Həyətyanı sahədə olan digər tikililərin təmizliyi
  • Fasad yuyulması
  • Bağban xidmətləri

Qiymət evin sahəsinə, təmizlik növünə və əlavə xidmətlərə görə dəyişir.

Evinizin təmizliyini bizə etibar edin

Evinizin təmizliyi üçün vaxt itirməyin. Ultraclean komandası evinizi daha səliqəli, təmiz və rahat hala gətirmək üçün xidmətinizdədir.

WhatsApp ilə sifariş et
Qiyməti kalkulyatorda hesabla