2023-cü ildən bəri bu işlə məşğuluq

İki il əvvəl Təmizlik Xİdmətinə iki şüarla başlamışıq: işimizi mümkün olan ən yaxşı səviyyədə görmək və ən yuxarı müştəri məmnuniyyətinə sahib olmaq. Dəfələrlə özümüz təmizlik xidməti alsaq da, tam məmnun qalmamağımız bizə ilham olub.

Missiyamız aydındır

Görəcəyiniz işlər siyahısından ev təmizliyini çıxarın və onu bizə etibar edin. Sonrasında isə evinizin güvənə biləcəyiniz professional bir komanda tərəfindən təmizləndiyini bilməyin həzzini yaşayın.

Təmizlik xidmətlərimiz hərtərəfli, ardıcıl və fərdiləşdirilmişdir. Xüsusi bir xidmət tələb etmək, təmizlik proqramını dəyişmək istəyirsinizsə, bizə bildirməyiniz kifayətdir. Gözləntilərinizdən artığını etmək üçün hər istəyinizi yerinə yetirməkdən məmnun olarıq.

Ultraclean sizə bir dəfəlik, vaxtaşırı və ya mütəmadi təmizlik xidmətləri təklif edir. Komandamız hər dəfə evi ilk dəfə imiş kimi təmizləyir, professional avadanlıqlar və yüksək keyfiyyətli vasitələrlə çox diqqətli işləyir və heç bir detal nəzərdən qaçmır.

Bütün otaqlar
Döşəmə, divarlar, tavan, qapılar, pəncərələr, çilçıraq və əşyalarınızın tozu alınır, professional tozsoran və buxar aparatının tətbiqi ilə sizə ideal təmizlik bəxş edilir.

Mətbəx
Mətbəxdəki bütün cihaz və avadanlıqlar, aspiratorlar, qaz plitələri və s.  təmizlənir, yağ və digər ləkələr aradan qaldırılır. Buxar aparatının tətbiqi ilə 99.99% bakteriya və viruslar məhv edilir.

Sanitar qovşaq
Duş kabini, unitazı, əlüzyuyanı və digər yerləri olduqca diqqətlə, xüsusi vasitələrlə təmizləyir, kafelləri arasına dolmuş kirlərdən azad edir və buxar aparatı ilə ideal təmizliyə nail oluruq!

Bizim partnyorlarımız

logo-supertoys-new
cropped-Logo-transparent-yellow-1-1
Liberta
WhatsApp_Image_2025-05-06_at_15.55.46-removebg-preview

+300

Müştəri

Müştərilərimizin çoxu xidmətlərimizdən o qədər razı qalır ki, yenidən çağırır. Biz bu rəqəmə sadəcə 1 il kimi qısa bir müddətdə nail olmuşuq.

100%

Məmnuniyyət

Peşəkar komandamız müştərinin hər bir istəyini diqqətlə nəzərə alır, ən müasir avadanlıqlar, həmişə təmiz və yeni olan parçalar və digər gigiyenik məhsullarla xidmət göstərir.

Ekoloji təmiz

Vasitələr

Kimyəvi məhsulların allergik təsiri və zərərini nəzərə alaraq, mənzilinizin çox hissəsində ekoloji təmiz olan, xoş qoxulu vasitələrdən istifadə edirik.

Sərfəli

Qiymət

Təmizlik xidməti əsla ucuz deyil, lakin qarşılığında görülən iş məbləğin hər bir manatını ödəyir. Təmizliyə sərf edəcəyiniz vaxt isə daha qiymətlidir. Bu işi bizə tapşırın.