Otel təmizliyi
Otel təmizliyi qonaq məmnuniyyətinə birbaşa təsir edən əsas amillərdən biridir. Otaqların, dəhlizlərin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyi otelin ümumi imicini formalaşdırır.
Ultraclean otellər üçün gündəlik səthi təmizlikdən əlavə daha dərin və detallı təmizlik xidməti təqdim edir. Məqsədimiz otelinizin daha səliqəli, gigiyenik və qonaqlar üçün rahat görünməsidir.
Otel təmizliyi nə zaman lazımdır?
• Mövsüm başlamazdan əvvəl
• Otaqlar uzun müddət istifadə olunmadıqda
• Qonaqların çox olduğu dövrdən sonra
• Ümumi sahələrin dərin təmizliyinə ehtiyac olduqda
• Sanitar qovşaqlarda ərp və ləkələr yarandıqda
• Otelin ümumi görünüşünü yeniləmək lazım gəldikdə
Otel təmizliyinə nələr daxildir?
- Otaqların səliqəyə salınması
- Döşəmələrin təmizlənməsi
- Tozların silinməsi
- Güzgü və şüşə səthlərin təmizlənməsi
- Sanitar qovşaqların gigiyenik təmizliyi
- Dəhliz və ümumi sahələrin təmizlənməsi
- Mebel üzərlərinin silinməsi
- Qapı, tutacaq və görünən səthlərin təmizlənməsi
- Yumşaq mebellərin yuyulması
- Sintetik xalçaların yuyulması
- Pərdələrin yuyulması
- Fasadın yuyulması