Biz həm çox əməkdaşlı böyük və gərgin ofisləri, həm də kiçik və sakit ofisləri təmizləmək təcrübəsinə sahibik

İş ofislərinin təmizlənməsi niyə əhəmiyyətlidir?

Bilirdinizmi:

  • Əməkdaşlar il ərzində orta hesabla 9 iş gününü xəstələndikləri üçün itirirlər. Bunun səbəblərindən biri də iş yerinin gigiyenik olmamasıdır.
  • Klavyaturanın üzərində orta hesabla 7,500-ə qədər virus və bakteriya olur.
  • Qrip kimi viruslar təmiz olmayan ofis masaları və elektronik əşyalar üzərində 24 saata qədər qala bilir.
  • İşdən yayınma hallarının 60%-i məhz ofisdəki virus və bakteriyalardan qaynaqlanır.
  • Çox istifadə edilən ofis telefonları və komputerlərinin hər nöqtəsində 20 mindən çox virus var və nəzərə almaq lazımdır ki, işçilər bu əşyaları tez-tez bir-biriləri ilə paylaşırlar.

Təmiz ofislərin iş prosesinə müsbət təsirləri

  • Artan diqqət: Təmiz və səliqəli ofisdə diqqəti yayındıran dağınıqlıq olmadığı üçün daha yüksək konsentrasiya və məhsuldarlıq əldə etmək mümkün olur.
  • Daha az vaxt itkisi: Dağınıq ofislərdə sənədlərin və əşyaların axtarılması daha çox vaxt tələb edir. Təmiz ofisdə buna daha az vaxt ayıraraq prosesləri sürətləndirmək mümkündür.
  • Daha az stress: Dağınıq bir iş masası diqqət yayınmasının yanında həm də stress gətirir. Hər şey təmiz və yerində olduqda isə belə haldan sığortalanırsız.
  • Daha çox gəlir: Yuxarıda sadalanan üstünlüklər yekunda sizin şirkətinizin, ofisinizin daha çox gəlir əldə etməsi ilə nəticələnir.