Biz yumşaq mebellərinizi yuyarkən sizin sağlamlığınızın qeydinə xüsusilə qalırıq
Niyə yumşaq mebellərinizi tez-tez yudurmalısız?
Bilirdinizmi:
- Mebellərdə xüsusilə çöldən gətirdiyimiz toz, allergen və mikroblar toplanır, bu da nəfəs yolları və dəri xəstəliklərinə səbəb ola bilər.
- Tər, yemək, siqaret və ev heyvanlarının qoxusu yalnız peşəkar yuma ilə aradan qalxır.
- Tez-tez yuma estetik görünüşü qoruyur. Təmiz mebel otağın görünüşünə təravət və səliqə verir.
- Mütəmadi təmizləmə materialın köhnəlməsinin və çürüməsinin qarşısını alır.
Bizim bu sahədəki fərqimiz sizin sağlamlığınızın qeydinə qalmamızdır
- Allergik olmayan yuma vasitəsi: Biz bir çox şirkətdən fərqli olaraq, yuma prosesini ekoloji təmiz və allergim olmayan vasitə ilə həyata keçirirk. Bu sizdə allergiya, qaşınma kimi xoşagəlməz halların olmasının qarşısını alır.
- Daha təmiz hava: Yumşaq mebeldən qalxan toz və qoxu havanın keyfiyyətini aşağı salır. Lakin otağınızdakı mebellər təmizdirsə, evinizin havası da təravətlidir.
- Dərindən yuma: Xüsusi avadanlıqlarla icra edilən yuma prosesi təkcə səthi olmur, dərin qatlara da nüfuz edir. Nəticədə dərindəki ləkələrin səthə qalxması kimi xoşagəlməz halla qarşılaşmırsız.